30 günlük müvəqqəti atəşkəs - Ukrayna razıdır, ABŞ Rusiyaya izah edəcək ki...
Bizi izləyin

Dünya

30 günlük müvəqqəti atəşkəs - Ukrayna razıdır, ABŞ Rusiyaya izah edəcək ki...

30 günlük müvəqqəti atəşkəs - Ukrayna razıdır, ABŞ Rusiyaya izah edəcək ki...

Ukrayna tərəfi ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə Amerika və Ukrayna tərəflərinin Ciddə danışıqlarının yekunları üzrə birgə bəyanatında deyilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında dərc olunan bəyanatda deyilir:

“Ukrayna ABŞ-ın 30 günlük müvəqqəti atəşkəs rejiminin dərhal tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib, tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə bu müddət uzada bilər".

Sənəddə qeyd edilib ki, ABŞ hakimiyyəti bu məlumatı Rusiyaya çatdıracaq və izah edəcək ki, sülhə nail olmağın açarı bu məsələdə qarşılıqlılıqdır.

Xatırladaq ki, martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndələri arasında görüş baş tutub. Danışıqların birinci raundunda Kiyevin dənizdə və səmada atəşkəs təklifi, eləcə də nadir torpaq mineralları ilə bağlı razılaşmanın müzakirə olunacağı bildirilib. İkinci raundda müzakirə təhlükəsizlik təminatlarına çevrilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm