Kiyev “Minsk”in yeni versiyasından imtina etdi
Bizi izləyin

Dünya

Kiyev “Minsk”in yeni versiyasından imtina etdi

Kiyev “Minsk”in yeni versiyasından imtina etdi

Münaqişənin həllində Ukrayna uzunmüddətli ədalətli sülhə nail olmağa çalışır.

Publika.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bildirib.

“Bizə sadəcə müharibə olmayan bir vəziyyət lazım deyil. Biz qondarma “Minsk-3” və ya “Yalta-2”ni istəmirik”, - deyə o qeyd edib.

Sibiqa Səudiyyə Ərəbistanında aparılan danışıqları tarixi adlandırıb və əlavə edib ki, xarici tərəfdaşlar olmadan hərbi münaqişənin həllinə nail olmaq mümkün olmayacaq.

Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev Vaşinqtonun münaqişə zonasında 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ da öz növbəsində bu məlumatı Rusiya rəhbərliyinə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm