Dünya
Bu xanım Trampa meydan oxudu: Ala bilməyəcəksiniz
Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampın ilhaq və satınalma haqqında tez-tez danışdığı Danimarkanın yarı muxtar bölgəsi olan Qrenlandiyaya səfər edib.
Publika.az xəbər verir ki, Frederiksen Qrenlandiyanın yeni hökuməti ilə görüşmək üçün getdiyi paytaxt Nuukda açıqlamalar verib.
Baş nazir qrenlandiyalıların Danimarka daxilində bərabər hüquqlara sahib olması üçün əlindən gələni edəcəyini bəyan edib: "ABŞ Qrenlandiyanı ala bilməyəcək. Qrenlandiya qrenlandiyalılara aiddir. İlk növbədə xarici siyasət, təhlükəsizlik strategiyaları və geosiyasi məsələləri müzakirə etməliyik. Bu çətin prosesdə birlikdə hərəkət etməliyik".
Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen Frederiksenin səfərini alqışlayaraq "Danimarka Qrenlandiyanın ən yaxın tərəfdaşıdır" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında Qrenlandiyanın ilhaqı ilə bağlı tamamilə real danışıqlar apardığını ifadə edərək, bu bölgəni tam alacaqlarını demişdi.
Roza
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı















.jpg)






.jpg)














