Finlandiya Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırdı: Buna görə
Bizi izləyin

Dünya

Finlandiya Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırdı: Buna görə

NATO üzvü Finlandiya Rusiyanın hava məkanını 3 həftə ərzində ikinci dəfə pozmasından sonra tədbir görüb.

Publika.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov nazirliyə çağırılıb.

Bəyanatda rus hərbi təyyarələrinin Porvoo sahilləri yaxınlığında Finlandiya hava məkanına girdiyi bildirilib.

Qeyd olunub ki, Finlandiya Sərhəd Mühafizəsi hadisə ilə bağlı araşdırma başladıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm