Dünya
Bu ölkədə dollar milyonçularının sayı azaldı
“Capgemini” konsaltinq şirkətinin yeni hesabatına görə, İsveç qlobal dollar milyonçuları siyahısında yerini itirməkdə davam edir.
Publika.az xəbər verir ki, 2024-cü ildə onların sayı təxminən 3 faiz azalaraq 149,5 min nəfər təşkil edib.
Artıq ikinci ildir ki, varlı isveçlilərin sayı azalır. Bu milyonçuların ümumi sərvəti 0,6 faiz azalaraq 372 milyard dollar olub.
Dollar milyonçularının sayının azalmasının səbəbləri zəif iqtisadi artım, faiz bazarında qeyri-müəyyənlik və alıcılıq qabiliyyətini zəiflədən, kapital artımını yavaşladan mənzil qiymətlərinin artması olub.
Qonşu Norveç isə bu sahədə inamlı artım nümayiş etdirir. Təkcə 2024-cü ildə orada 5 min nəfər yeni dollar milyonçusu peyda olub.
Qlobal artım tendensiyası pandemiyanın yaratdığı tənəzzüldən sonra davam edir. Hesabata görə, 2024-cü ildə dünyada 23,4 milyon nəfər milyonçu olacaq, onların ümumi sərvəti 2023-cü ildən 2,6 faiz artaraq 90 trilyon dolları keçəcək.
ABŞ dollar milyonçularının sayına görə dünya lideri olaraq qalır; bu ölkədə keçən illə müqayisədə göstərici yarım milyon nəfər artaraq 7,9 milyona çatıb.
Asiyada 5,6 faiz artımla Hindistan və Yaponiya liderlik edir və müvafiq olaraq 20 min və 210 min yeni milyonçu meydana çıxıb. Çində isə əksinə, 1 faiz azalma qeydə alınıb.
Eyni zamanda, neftin qiymətinin düşməsi Yaxın Şərqdə milyonçuların sayının 2 faizdən çox azalmasına səbəb olub. Latın Amerikasında valyuta qeyri-sabitliyi və iqtisadi problemlər 8,5 faiz azalmaya səbəb olub. (Trend)
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO































