MDB
Qəzadan sonra komaya düşən MƏMUR ÖLDÜ
Moskva vilayətinin Reutov şəhər dairəsinin rəhbəri Filipp Naumenko vəfat edib.
Publika.az xəbər verir ki, 39 yaşlı məmurun vəfatı barədə Moskva Vilayət Dumasının sədri İqor Brınçalov özünün "Telegram" kanalında məlumat verib.
“Filipp Anatolyeviç Naumenko dünyasını dəyişdi. Həssas və qayğıkeş insan idi. Enerjili və istedadlı rəhbər idi. Filipp Anatolyeviçi tanıyan və sevən hər kəslə birlikdə kədər hissi keçirirəm”, – deyə paylaşımda bildirilir.
Dekabrın 9-da Naumenkonun avtomobil qəzasından sonra komaya düşdüyü məlum olmuşdu. "Mash" "Telegram" kanalının məlumatına görə, hadisə dekabrın 7-də Moskva vaxtı ilə saat 09:25 radələrində Nijni Novqorod vilayətində M12 magistral yolunun 55-ci kilometrliyində baş verib. İlkin məlumatlara əsasən, məmurun avtomobilini idarə edən sürücü yol şəraitini düzgün qiymətləndirməyib və "KamAZ" markalı yük avtomobili ilə toqquşmaya səbəb olub. Qəza nəticəsində Naumenkonun sürücüsü və yük avtomobilinin sürücüsü yüngül xəsarətlər alıblar.
Reutovun rəhbərində döş qəfəsi və gicgah sümüyünün sınıqları diaqnoz edilib. Zərərçəkən əvvəlcə Vıksa şəhərinin mərkəzi rayon xəstəxanasına yerləşdirilib, daha sonra isə sanitar aviasiya vasitəsilə Moskvada yerləşən Sklifosovski adına Təcili Tibbi Yardım Elmi-Tədqiqat İnstitutuna çatdırılıb.
Hüseyn İbadlı
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi






















.jpg)













