Avropa
Kanslerdən gənc alman kişilərini qəzəbləndirəcək BƏYANAT
Almaniya kansleri Fridrix Merts ölkədə növbəti bir neçə il ərzində məcburi hərbi xidmətin bərpa olunma ehtimalını istisna etməyib.
Publika.az xəbər verir ki, bu barədə onun çıxışlarını yayımlayan "Phoenix" televiziya kanalı məlumat yayıb.
"Əgər əsgərlərin sayını lazım olduğu qədər tez artıra bilməsək, bu seçki dövründə yenə də, heç olmasa gənc kişilər üçün hərbi xidmətin məcburi elementlərini müzakirə etməli olacağıq", - Kansler bildirib.
O, Almaniya konstitusiyasında qadınların məcburi hərbi xidmət göstərməsinin nəzərdə tutulmadığını vurğulayıb. Buna görə də, Merts məcburi alternativ mülki xidmətin bərpasını dəstəklədiyini bildirib.
Noyabr ayında Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyasının (SPD) parlament fraksiyaları püşkatma yolu ilə çağırışa əsaslanan yeni hərbi xidmət modelinin tətbiqini nəzərdə tutan qanun layihəsi üzərində razılığa gəliblər. Hərbi xidmətin inkişaf konsepsiyasının hazırlanması hərbi ekspertlərin tövsiyələrinə, eləcə də Almaniyanın Şimali Atlantika Alyansı qarşısındakı öhdəliklərinə əsaslanır.
Hüseyn İbadlı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















