Dünya
Argentina Senatı Azərbaycanda səfirliyin açılmasını alqışladı
Azərbaycanın Argentinadakı Səfirliyindən verilən Publika.Az-a verilən məlumata görə, "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat"ın müəllifi Senatda Azərbaycanla dostluq qrupunun sədri senator Pablo Veranidir.
Sənəddə deyilir ki, Argentina 9 mart 1992-ci il tarixində
Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur və
həmin vaxtdan etibarən iki ölkə dostluq əlaqələrinə və əməkdaşlığa
malik olmuşlar. Bu illər ərzində iki ölkə arasında müxtəlif
sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. 23
avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla
dostluq qrupu yaradılıb.
Sənəddə vurğulanır ki, Azərbaycan və Argentina bir-birini
tamamlayan imkanlara, xüsusilə də elm-texnologiya, enerji, kənd
təsərrüfatı sahələrində geniş əməkdaşlıq potensialına malikdirlər.
Hazırda iki ölkənin iqtisadi əlaqələrində nəzərə çarpan inkişaf
müşahidə olunur və yalnız 2010-cu ildə ticarət dövriyyəsi 44%
artmışdır.
Sənəddə habelə, qeyd olunur ki, geniş imkanlar vəd edən
Azərbaycan-Argentina əməkdaşlığı hər iki ölkənin bir-birində
diplomatik nümayəndəliyinin təsis etməsinə zəmin yaratmışdır. Məhz
bu məqsədlə Azərbaycanın 2010-cu ildə Buenos-Ayresdə səfirliyi
fəaliyyətə başlamış və nəhayət bu il Argentina hökuməti də Bakıda
səfirlik açmaq qərarına gəlib.
Sənədin yekununda Azərbaycan Respublikasında Argentinanın
diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı ölkə
prezidentinin imzaladığı 273/2012 saylı dekretin alqışlandığı
bildirilir.
Xatırladaq ki, cari ilin 28 fevral tarixində Argentina prezidenti
Krisitna Fernandez de Kirçner ölkəsinin Azərbaycanda səfirliyinin
təsis edilməsinə dair fərman imzalayıb və 2 mart tarixində
Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər və
etiqad naziri Hektor Timerman bu fərmanın surətini Azərbaycan
hökumətinə təqdim edib.
Rüfət Əhmədzadə
Publika.Az
-
MDB12:27Rusiyanın 4 regionuna yay əvəzinə qış gəldi - Dəhşətli iqlim dəyişiklikləri(VİDEO)
-
Maraq dünyası12:1940 milyon yaşı olan lələk tapıldı - FOTOLAR
-
MDB11:21Əsirin dəhşətli xatirələri: Gündə iki peçenye yeyirdik
-
ABŞ11:11Trampa nə olub? - Ləkələr siyasətçidən əl çəkmir
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
-
Dünya08:15Bu ölkənin qırıcıları Rumıniya səmasında












.jpg)








.jpg)











