Dünya
İsrailin gizli planı: İrana hücumdan əvvəl təyyarələr Kipr və Yunanıstana niyə aparılıb?
İrana hücumlara hazırlaşarkən Afinada görünən İsrail dövlət təyyarələri maraq doğurmuşdu.
Publika.az xəbər verir ki, Təl-Əvivdə həyata keçirilən gizli planın təfərrüatları üzə çıxıb.
İsrail mətbuatında yer alan xəbərlərə görə, əməliyyata İsrailin nəqliyyat naziri Miri Rerev və İsrail Mülki Aviasiya Administrasiyasının direktoru, briqada generalı Samuel Zakai rəhbərlik edib. Plan Yunanıstan və Kipr səlahiyyətliləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
İyunun 13-də İsrailin İrana hava hücumundan bir neçə saat əvvəl onlarla İsrail təyyarəsi və kabin heyəti gizli şəkildə Yunanıstan və Kiprə köçürülüb, “The Jerusalem Post” yazır ki, bunda məqsəd hava məkanı yenidən açılan kimi minlərlə israillini təxliyə etmək olub.
Lakin bu addımın əsl məqsədi təkcə israilliləri repatriasiya etmək deyildi. “Maariv”ə görə isə planın əsas məqsədi həm də təyyarələri İranın mümkün hücumlarından qorumaq olub. İsrail müdafiə rəsmiləri Tehranın İsrail təyyarələrinə raket zərbələri endirə biləcəyini proqnozlaşdırıblar.
Tural
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır




















.jpg)










.png)


.jpg)




