Dünya
Ankaranın səbri tükənir: Türkiyə ordusu onlara qarşı hərbi əməliyyata başlaya bilər
Türkiyənin Suriya ilə imzaladığı hərbi əməkdaşlıq memorandumu İsrail mətbuatında geniş müzakirələrə səbəb olub. İsrail mediası yazır ki, Ankara SDQ-nin separatçı fəaliyyətlərinə qarşı səbrini itirir və lazım gələrsə, əməliyyat keçirmək hüququnu özündə saxlayır.
Publika.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrinin açıqlamasına görə, PKK/YPG terror təşkilatının “SDQ” adı altında Dəməşq hökuməti ilə imzaladığı müqavilənin şərtləri yerinə yetirilməyib.
Nazirlik bildirib ki, SDQ Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü pozmaq cəhdlərini davam etdirir.
Bu səbəbdən Türkiyə və Suriya arasında Birgə Təlim və Məsləhət Anlaşma Memorandumu imzalanıb. Sənəd hərbi təlimlərin koordinasiyası, məsləhətləşmələr, məlumat və təcrübə mübadiləsi, həmçinin müdafiə sahəsində texniki dəstəyin təmin olunmasını nəzərdə tutur.
İsrailin “The Times of Israel” nəşri yazır ki, Ankara SDQ-nin mart ayında əldə edilmiş razılaşmaya əməl etməməsindən narahatdır və hər an hərbi əməliyyat variantını gündəmə gətirə bilər.
Roza
-
Sosial23:00Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU
-
Avto22:24Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA
-
Hadisə21:24“Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar” - VİDEO
-
Magazin121:12Dilarə Kazımovadan açıq-saçıq pozalar - FOTO
-
İdman20:48Nazir Elşən Hüseynova yüksək vəzifə verdi
-
Hadisə19:36Bakıda yaşayış binasındakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİR
-
Avropa19:00Makron ictimaiyyət qarşısına görün nə halda çıxdı - Xanımı vurub?
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR







.jpg)

























