Dünya
Ərdoğan-Tramp görüşü qlobal mediada: NATO daxilində güc balansına təsir edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 25-də Ağ Evdə keçirilən görüş dünya mediasında geniş işıqlandırılıb.
Publika.az "Haber Global"-a istinadən xəbər verir ki, dünya mətbuatı bu görüşü həm diplomatik manevrlər, həm də regional balanslar baxımından yenidən açılan səhifə kimi qiymətləndirib.
Bəzi beynəlxalq media qurumlarının analizlərini təqdim edirik:
“Reuters”: Ağ Evdəki görüşün əsas gündəmi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından sonra tətbiq edilən F-35 sanksiyaları olub. Liderlər iki ölkə arasında müdafiə sənayesi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışıblar.
“Associated Press”: Tramp administrasiyası Türkiyəyə F-35 satışına qoyulan qadağanı aradan qaldırmağı nəzərdən keçirdiyini açıq şəkildə bildirib. Həmçinin, Vaşinqton enerji və müdafiə sektorlarında Rusiya ilə sıx əlaqələr müstəvisində narahatlıqlarını da dilə gətirib.
“Washington Post”: Görüşdə Qəzza böhranı və Yaxın Şərqdə sülh axtarışları da ön plana çıxıb. Tramp Türkiyənin vasitəçilik rolunu vacib və dəyərli olaraq xarakterizə edib.
“Wall Street Journal”: Tramp Türkiyəyə F-35 satışında yaşıl işıq yandıra biləcəyini desə də, Ərdoğanı Rusiya neftini almağa davam etdiyinə görə tənqid edib. Bu, Vaşinqtonun Ankara ilə bağlı təhlükəsizlik narahatlıqlarının davam etdiyini göstərir.
“El País”: Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı canlandırmaq istəyən Tramp Ərdoğana Rusiyadan enerji alışını məhdudlaşdırması üçün təzyiq edib. Bu addım NATO daxilində güc balansına da təsir edə bilər.
“Al Jazeera”: Görüş zamanı F-35 proqramına qayıtma ilə bağlı müzakirələr qədər Qəzza və regional sülh təşəbbüsləri də önə çıxıb. Tramp Türkiyənin diplomatik roluna toxunaraq, onu "əsas aktor" kimi xarakterizə edib.
Roza

-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO
-
ABŞ07:30
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək
-
Magazin106:16
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO
-
Nida Xəbər 03:43
Azərbaycanlı politoloq Ermənistan səfərindən DANIŞDI - VİDEO
-
Nida Xəbər 01:41
Ramiz Hüseynzadə ölümündən 7 gün öncə Fərdaya nə demişdi? - VİDEO