Dünya
Pedofillər axtalanacaq - Yeni qaydalar oktyabrın 17-də qüvvəyə minir

Qazaxıstanda mühakimə olunan pedofillər məhkəmənin qərarı ilə həbsxanada axtalanacaq.
Publika.az xəbər verir ki, bu barədə "Orda.kz" məlumat yayıb.
Məlumata görə, oktyabrın 17-dən Qazaxıstanda pedofiliyaya görə məhkum olunanlar üçün kimyəvi kastrasiya ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Belə ki, pedofillər azadlığa çıxmazdan altı ay əvvəl kastrasiya ediləcək. Bu tədbir məhkəmə qərarı ilə tətbiq olunacaq.
Həbs cəzasının bitməsinə azı 12 ay qalmış cəzaçəkmə müəssisəsinin əməkdaşları materialları məhkəməyə təqdim etməlidirlər, bundan sonra məhkum məhkəmə-psixiatriya ekspertizasından keçəcək. Mütəxəssislər həmin şəxsin cinsi zorakılığa meylinin olub-olmadığını müəyyən edəcəklər. Bundan sonra məcburi tədbir kimi kimyəvi kastrasiya tətbiq oluna bilər.
“Prosedur birbaşa həbsxanalarda həyata keçiriləcək”, - nəşr yazır.
Ləman
-
Avropa05:45
Bəşəriyyəti III Dünya Müharibəsinə sövq etmək əmri verilib - ŞOK İDDİA
-
Qoroskop02:19
Günün ulduz falı: evinizə gözlənilməz qonaq gələcək və...
-
İdman8 Oktyabr 23:31
Məşhur futbolçunun qardaşı azərbaycanlı xanımla evləndi - Foto/Video
-
Dünya8 Oktyabr 20:56
Qəzzada atəşkəs bu gün elan oluna bilər - Hakan Fidan
-
Hadisə8 Oktyabr 20:20
Polkovnik-leytenantın oğlunu öldürən şəxs polisə təslim oldu - Foto/Yeniləndi
-
Ekopublika.az8 Oktyabr 18:50
Adnan Əhmədzadənin Maltadakı şirkəti ilə bağlı YENİ DETALLAR
-
Hadisə8 Oktyabr 18:20
İmişlidə toyda 73 nəfərin zəhərlənməsinin səbəbi açıqlandı
-
Rəsmi xronika8 Oktyabr 17:17
İlham Əliyev fərman imzaladı