Bakı İqor Kartavıxı azad etdi - Moskva da bir azərbaycanlını sərbəst buraxdı
Bizi izləyin

Nida Xəbər

Bakı İqor Kartavıxı azad etdi - Moskva da bir azərbaycanlını sərbəst buraxdı

"Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıxın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselev məlumat verib.

O bildirib ki, Kartavıx ev dustaqlığına buraxılıb.

xxx

11:04

Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”a bildirib.

"Danışıqlar ilk növbədə prezidentin köməkçiləri səviyyəsində aparılıb. Bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib", - nəşr yazıb.

Öz növbəsində, Moskva da Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib. Lakin həmin şəxsi adı açıqlanmayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm