İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna zərbələr endirdi
Bizi izləyin

Dünya

İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna zərbələr endirdi

İsrail ordusu Livanın cənubundakı "Hizbullah" təşkilatına məxsus infrastruktura zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu Livanın cənubundakı ərazidə "Hizbullah" infrastrukturunun bərpası üçün istifadə edilən mühəndis avadanlıqlarının yerləşdiyi terror infrastrukturuna zərbələr endirib və onu məhv edib", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, bu bölgədə "Hizbullah" texnikasının və fəaliyyətlərinin olması İsrail və Livan arasında razılaşmaların pozulmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm