Millimiz İsraillə qarşılaşacaq
Bizi izləyin

İdman

Millimiz İsraillə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Publika.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək oyun 20:00-da başlayacaq.

Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

11 oktyabr

20:00. İsrail (U-17) – Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm