Zelenski Trampla görüşə gedir: Detalları açıqladı
Bizi izləyin

Dünya

Zelenski Trampla görüşə gedir: Detalları açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 17-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında bildirib.

"Bu həftə Vaşinqtonda Trampla görüşəcəyəm. Düşünürəm ki, prezidentə təklif etmək istədiyim addımları müzakirə etməliyik", - deyə o qeyd edib.

Zelenski bildirib ki, görüşün əsas mövzusu Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olacaq.

O, Rusiya ordusunun ölkənin enerji infrastrukturuna hücumlarını davam etdirdiyini deyib: "Elektriklə bağlı problemlər gözlənilir. Bir və ya iki hücumdan sonra elektrik enerjisini idxal etməli ola bilərik".

ABŞ prezidenti Donald Tramp da dünən Şarm əl-Şeyxdən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə açıqlamasında sözügedən görüşlə bağlı suala müsbət cavab verib. O, hər hansı təfərrüat verməyib, lakin görüşlə bağlı “Mən belə düşünürəm” deyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm