Mahir “Kayzerslautern”dəki vəziyyətindən danışdı: Bəzi məlumatlar dolaşırdı ki...
Bizi izləyin

İdman

Mahir “Kayzerslautern”dəki vəziyyətindən danışdı: Bəzi məlumatlar dolaşırdı ki...

Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi “Kayzerslautern” klubundakı vəziyyəti barədə danışıb.

Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu Almaniya təmsilçisində heyətə düşə bilməməsinin səbəblərini açıqlayıb və üzləşdiyi durumun xoşagəlməz olduğunu bildirib.

“Almaniyaya döndüyümdə “Kayzerslautern” klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini yəqin ki, orada öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu da, mənim xoşuma gəlmədi. Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı olan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır”.

Qeyd edək ki, Emreli bu yay transfer olunduğu “Kayzerslautern”ın heyətində cəmi 4 rəsmi oyunda iştirak edib və 299 dəqiqə meydanda olub. O, bu müddətdə 1 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm