Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu
Bizi izləyin

Dünya

Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu

Madaqaskarda həftələrdir davam edən siyasi böhranın getdikcə dərinləşdiyi barədə məlumat vermişdik. İddia olunurdu ki, prezident Andri Rajoelina gizli şəkildə ölkəni tərk edib. Onun hara getdiyi bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik risklərinin artması səbəbindən Rajoelina Fransa prezidenti Emmanuel Makrondan icazə aldıqdan sonra ailəsi ilə birlikdə Reunion adasına aparılıb.

Rajoelina sosial mediada müraciət yayaraq "Bu problemləri həll etməyin yalnız bir yolu var. O da mövcud konstitusiyaya hörmət etməkdir" deyib. O, təhlükəsiz bir ərazidə olduğunu təsdiqləyib, lakin harada olduğu barədə təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Madaqaskarda elektrik və su kəsintilərinə qarşı son həftələrdə başlayan nümayişlər qısa zamanda prezident Rajoelinanın istefasını tələb edən hökumət əleyhinə etirazlara çevrilib. Nümayişlər zamanı ictimai binalar hədəfə alınıb, bəzi ərazilərdə ordu hissələri ilə etirazçılar arasında toqquşmalar baş verib. İndiyədək etirazlarda azı 22 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm