Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının - FOTOSU
Bizi izləyin

Hadisə

Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının - FOTOSU

Beyləqanda ölümlə nəticlənən qəza olub.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Birinci Şahsevən kəndi ərazində qeydə alınan qəza zamanı 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov ağır xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəza nişan mərasimindən qayıdarkən baş verib.

Qəzada ağır xəsarət almış ANAMA əməkdaşı olan qardaşlardan biri - 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasion tədbirlərə baxmayaraq, xəstəxanada vəfat edib.

Qəzada ölən ANAMA əməkdaşının fotosunu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm