Britaniyadan önəmli qərar: Azərbaycan və Ermənistana qarşı bu qadağa ləğv edildi
Bizi izləyin

Nida Xəbər

Britaniyadan önəmli qərar: Azərbaycan və Ermənistana qarşı bu qadağa ləğv edildi

Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu ləğv edir.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douti İcmalar Palatasının saytında məlumat verib.

Nazir bu qərarı avqustun 8-də Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyiş, eləcə də ATƏT-in Minsk qrupunun buraxılması ilə izah edib.

"Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycanla münasibətlərini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib. Bu tərəfdaşlıq ticarət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı əhatə edəcək və nazirlərin illik görüşləri ilə gücləndiriləcək", - Douti bildirib.

O, avqustun sonunda Ermənistan və Azərbaycana səfərlərini xatırladıb və deyib ki, hər iki ölkənin liderləri ilə “Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə praktiki tədbirləri” müzakirə edib.

"Sülhün üçün əldə edilmiş əhəmiyyətli irəliləyişləri və prezident Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən tarixi sammiti nəzərə alaraq, Böyük Britaniya münaqişəsi tərəflərinə silah embarqosunun arxasında duran məntiqi əsasın artıq qüvvədə olmadığına inanır", - britaniyalı nazir bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm