Dünya
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirdə İtaliyanın baş naziri Corcia Meloni ilə görüşündə siqareti tərgitmə tövsiyəsi İtaliya mətbuatında geniş yer alıb.
Publika.az xəbər verir ki, “Corriere Della Sera” qəzeti “Ərdoğan Meloni ilə zarafatlaşdı” başlıqlı xəbərdə Ərdoğanın həm Meloni, həm də Fransa prezidenti Emmanuel Makronu güldürdüyü qeyd edilib.
“La Repubblica” qəzeti də söhbətin görüntülərini paylaşaraq liderlər arasındakı xoş münasibətin təfərrüatını yazıb.
"İl Giornale” qəzeti isə, ABŞ prezidenti Donald Trampın İsrailə səfəri səbəbindən sammitə 3 saat gecikməsinin liderlərin əhval-ruhiyyəsinə heç də təsir etmədiyini yazıb. Buna sübut kimi Ərdoğanla Meloninin söhbəti göstərilib. Qeyd edilib ki, bu söhbət həmçinin, İngiltərə baş naziri Keyr Starmer və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin də üzündə təbəssüm yaradıb.
Sözügedən söhbət təkcə İtaliya mətbuatında deyil, Rusiya, Avropa və ABŞ-da da yayılıb. Rusiyanın TASS xəbər agentliyi xəbəri “Türkiyə prezidenti siqaret vərdişinə görə İtaliyanın baş nazirinə sataşdı” başlığı ilə xəbər yayıb. "Politico" nəşri isə bunu “Ərdoğan Meloninin siqareti atmasını istəyir, lakin Makron bunun ümidsiz vəziyyət olduğunu düşünür” başlığı ilə yayıb. Xəbərdə Meloninin Ərdoğana istehza ilə cavab verdiyi, siqareti buraxdığı təqdirdə kimisə öldürə biləcəyini söylədiyi əks olunub.
"Croatian Index" xəbər portalı isə, Meloninin bir sıra müsahibələrinə əsaslanaraq 13 il əvvəl siqareti buraxdıqdan sonra yenidən çəkməyə başladığını yazıb.
Roza
-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi
-
Nida Xəbər 10:46
Əli Əsədov əmr imzaladı
-
Dünya10:20
Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu
-
Hadisə10:03
Bakıda dövlət qurumunun əməkdaşları döyüldü - VİDEO