Nida Xəbər
Əli Əsədov əmr imzaladı

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə digər dövlət qurumları (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" və "Azərişıq" ASC-lər) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Həmçinin Agentliyə kommunal xidmətlər göstərən digər dövlət müəssisələri ilə birgə maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarların istehlak etdiyi, dəyərini ödədiyi kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının ödənilməsi üçün tədbirlər görməlidir.
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi
-
Nida Xəbər 10:46
Əli Əsədov əmr imzaladı
-
Dünya10:20
Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu
-
Hadisə10:03
Bakıda dövlət qurumunun əməkdaşları döyüldü - VİDEO
-
Hadisə09:12
Nişandan qayıdarkən qəzada ölən ANAMA əməkdaşının - FOTOSU
-
Nəqliyyat08:10
Bakıda 15 istiqamətdə tıxac var - SİYAHI