Ərdoğan Netanyahunun Misir səfərini belə əngəlləyib: Təyyarədə olarkən... - Şok iddia
Bizi izləyin

Dünya

Ərdoğan Netanyahunun Misir səfərini belə əngəlləyib: Təyyarədə olarkən... - Şok iddia

İddiaya görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun son anda Şarm əl-Şeyx sammitinə qatılmasının qarşısını alıb.

Publika.az “Haber7”yə istinadən xəbər verir ki, Ərdoğanın olduğu TC-TUR təyyarəsi dünən sülh sammiti üçün Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağından çıxıb.

Məlumata görə, təyyarə Qırmızı dəniz üzərində dövrə vurduğu müddətdə Ərdoğan Netanyahunun sammitdə iştirakını əngəlləmək üçün intensiv diplomatik manevrlər həyata keçirib. Digər ölkələrin də dəstəklədiyi bu təşəbbüs nəticəsində İsrailin toplantıya qatılmamaq qərarı verdiyi bildirilir.

Hadisədən sonra Netanyahunun ofisi İsrailin sammitdə iştirak etməyəcəyini açıqlayıb. Rəsmi səbəb kimi isə yəhudilərin Şemini Atzeret-Simchat Tövrat bayramının başlaması göstərilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm