Dünya
İnqilabçı polkovnik ELAN ETDİ - Keçid dövrü başlayır

Madaqaskarda hakimiyyətə gəlmiş hərbi qüvvələrin rəhbəri, polkovnik Maykl Randrianirina iki il davam edəcək keçid dövrünün başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu iki il ərzində Madaqaskarın yeni konstitusiya layihəsi üzrə referendumun keçirilməsi planlaşdırılır. Daha sonra yeni hakimiyyət institutlarının tədricən formalaşdırılması üçün seçkilər təşkil olunacaq.
Bundan əvvəl Madaqaskar Prezidenti Andri Radzuelina kütləvi etirazlar fonunda ölkəni tərk etdiyini təsdiqləmişdi. O, bu qərarını şəxsi təhlükəsizliklə əlaqələndirib.
Sentyabr ayının sonunda Madaqaskar su və elektrik təchizatında yaranan fasilələr səbəbindən etiraz dalğası ilə üzləşib. Antananarivu və digər iri şəhərlərin sakinləri sosial şəbəkələr vasitəsilə koordinasiya olunaraq küçələrə çıxıb, sabit elektrik və su təchizatının bərpasını tələb ediblər.
Hüseyn İbadlı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Həmin qərar sizi çətinliyə sala bilər
-
Səhiyyə14 Oktyabr 23:24
Ürək problemlərinin gözlənilməz səbəbi müəyyən edildi
-
Nida Xəbər 14 Oktyabr 23:12
Həbs edilən Ramiz Mehdiyevin parlaq karyerası - DOSYE
-
MDB14 Oktyabr 23:00
Tramp HƏMAS-ı HƏDƏLƏDİ - “Bilirlər ki, zarafat etmirəm”
-
Kriminal14 Oktyabr 21:36
25 yaşlı müəlliməni qaçırıb məcburi videoya çəkdilər - TƏFƏRRÜAT
-
Magazin114 Oktyabr 20:48
Afaq Bəşirqızı 70 illiyini qeyd edir - VİDEO
-
MDB14 Oktyabr 18:51
Rusiyalı məktəblinin smartfonu şalvarının cibində PARTLADI
-
İdman14 Oktyabr 17:30
Bu gözəlin sevgilisi ötən mövsüm Avropanı fəth edib: Görün o kimdir - FOTOLAR