İdman
Bu gözəlin sevgilisi ötən mövsüm Avropanı fəth edib: Görün o kimdir - FOTOLAR

PSJ-nin futbolçusu Joao Neves üçün bu il uğurlu olub. O, ilk dəfə “Qızıl top”a namizəd göstərilib. Səsvermədə 40 xal toplayaraq 19-cu yerə layiq görülüb. O, Lautaro Martines, Erlinq Haaland və Cud Bellinqem kimi ulduzları qabaqlayıb.
Publika.az xəbər verir ki, portuqaliyalı futbolçu təkcə bu məsələ ilə gündəmə gəlməyib. Neves "Qızıl top"un qırmızı xalçasında xanımı Madalena Araqao ilə görünüb.
Madalena 2005-ci ilin avqustunda dünyaya gəlib. O, Nevesdən bir yaş kiçikdir.
Araqao perspektivli portuqaliyalı aktrisa və modeldir. Onun karyerası ərzində artıq 26 film və serial var. O, 9 illik fəaliyyətinə baxmayaraq olduqca məhsuldardır.
Cütlük 2024-cü ilin əvvəlindən birlikdədir. Tanışlıq Lissabonda baş verib. Bu, Neves hələ “Benfika”da çıxış edən zaman baş verib. Həmin yay aşiq cütlük birlikdə Fransanın paytaxtına köçüb.
Madalena PSJ-nin bütün ev oyunlarında iştirak edir və bəzən səfər görüşlərinə də qatılır. Neves qazandığı titul və kubokları onunla qeyd edir. O, Fransada ilk mövsümündə 4 turnirin, həmçinin yayda Portuqaliya millisi ilə Millətlər Liqasının qalibi olub.
“Mən səninlə fəxr edirəm, Joao. Sən Parisə gəldin, heç kimi tanımadan, dili bilmədən. İndi sənin öz çempion komandan var. Bu elə komandadır ki, onu ailə adlandıra bilərsən. Mən sizinlə və şəxsi olaraq səninlə fəxr edirəm, sevgilim!” - deyə Madalena Nevesi Çempionlar Liqasının qalibi olduqdan sonra belə ürəkdən təbrik edib.
-
Magazin120:48
Afaq Bəşirqızı 70 illiyini qeyd edir - VİDEO
-
MDB18:51
Rusiyalı məktəblinin smartfonu şalvarının cibində PARTLADI
-
İdman17:30
Bu gözəlin sevgilisi ötən mövsüm Avropanı fəth edib: Görün o kimdir - FOTOLAR
-
Sosial17:12
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
-
Cənubi Qafqaz16:36
ATƏT sədri İrəvanda erməniləri məyus etdi
-
Rəsmi xronika16:25
İlham Əliyev fərman imzaladı
-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR