Trampdan təsirli açıqlama: Dünyanın o biri tərəfindən qayıtdım, bu anı heç nəyə dəyişməzdim
Bizi izləyin

Dünya

Trampdan təsirli açıqlama: Dünyanın o biri tərəfindən qayıtdım, bu anı heç nəyə dəyişməzdim

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə etdiyi səfərdən qayıtdıqdan dərhal sonra Çarli Kirkin ad günündə onun şərəfinə təşkil olunan medal mərasimində iştirak edib.

Publika.az xəbər verir ki, Tramp mərasimdə çıxışı zamanı səfərinin sülhməramlı missiya olduğunu qeyd edərək, dərhal tədbirə qatılmaq üçün Vaşinqtona qayıtdığını bildirib.

“Bildiyiniz kimi, cəmi bir neçə saat əvvəl Yaxın Şərqdə sülhə vasitəçilik etmək məqsədilə tarixi səfərdən qayıtdım. İnsanlar bunun mümkün olmayacağını deyirdilər, amma Çarli inanırdı. Dünyanın o başından geri qayıtdım,” - deyə Tramp vurğulayıb.

O, qeyd edib ki, əvvəlcə mərasimin başqa vaxta keçirilməsini düşünsə də, Kirkin doğum günü olduğunu öyrənəndən sonra bu fikrindən daşınıb: "Bu anı dünyada heç nəyə dəyişməzdim. Bu, ölkəmiz üçün çox vacib bir zamandır".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm