Dünya
Qəzzada əkin sahələri azalıb: Qiymətlər isə rekord həddə

Qəzza zolağında bütün kənd təsərrüfatı torpaqlarının dağıdılması səbəbindən ərzaq qiymətləri şok səviyyəyə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bəyanat yayıb.
Bildirilib ki, Qəzza zolağında öz torpaqlarında becərdikləri məhsuldan asılı olan fələstinli ailələrin artıq heç bir gəlir mənbəyi yoxdur və bu səbəbdən də ərzaq ala bilmirlər. Əvvəllər kiloqramı 60 sent olan pomidorun qiyməti indi 15 dollara yüksəlib.
Qeyd olunub ki, humanitar yardım kənd təsərrüfatı sektoru bərpa olunana qədər Qəzza zolağına heç bir məhdudiyyət olmadan daxil olmalıdır.
Statistika məlumatlarına görə, İsrail ordusu bu ərazidəki 17 800 hektarlıq kənd təsərrüfatı sahəsinin 94 faizindən çoxunu məhv edib. Bu, 405 min ton olan illik kənd təsərrüfatı istehsal gücünü təxminən 28 min tona endirib.
Roza
-
Sosial17:03
Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək
-
MDB16:34
Rusiya Yer ilə Göy arasında qalıb: Putin Macarıstana necə uçsun ki, sağ qalsın?
-
Dünya16:04
İsrail raketləri Egey adalarında - Türkiyə hansı addımı atacaq?
-
Sosial15:20
Azərbaycanda pensiya yaşı artırılır? - Nazirlikdən açıqlama
-
Avropa14:00
Rusiya 3 dağıstanlını Fransaya göndəribmiş: Onu öldürmək üçün - Saxlanıldılar
-
İqtisadi gündəm12:50
Türk lirəsi rekord səviyyədə UCUZLAŞDI
-
Hadisə11:45
Generalın anası vəfat etdi
-
Dünya11:18
Bu da ABŞ-ın Qəzza ilə bağlı yol xəritəsi: Trampın müşavirləri açıqladı