İranda "Mossad" agenti edam edildi
Bizi izləyin

Dünya

İranda "Mossad" agenti edam edildi

İranda bir şəxs İsrail kəşfiyyat xidməti "Mossad"a casusluq etmək ittihamı ilə edam edilib.

Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs İsrail kəşfiyyat xidmətləri ilə əlaqə saxlayıb, "Mossad" zabiti ilə görüşlər keçirib və onlayn şəkildə məxfi məlumatları İsrailə göndərməyə başlayıb.

Onun əfv tələbi rədd edildikdən sonra hökm Qum həbsxanasında icra olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm