Dünya
ABŞ və İsrail arasında gərginlik: Vaşinqtondan Təl-Əvivə Türkiyə təzyiqi

Vaşinqton İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada atəşkəs məsələsi ilə bağlı verdiyi qərarlardan narazı olması səbəbi ilə İsrailə təzyiq edir.
Publika.az xəbər verir ki, bu barədə "Kanal 12" televiziyası məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Qəzza razılaşmasının həyata keçirilməsinin sürətləndirilməsinə yönəlmiş regional vasitəçilik səyləri çərçivəsində İsraildən tələbləri var.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp Türkiyə və Misir qruplarının İsrailli əsirlərin meyitlərinin axtarışında iştirak etmək üçün Qəzza zolağına daxil olmasına icazə vermək üçün İsrailə təzyiq edir.
Eyni zamanda, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və keçmiş baş müşavir Cared Kuşnerin yaxın günlərdə Tel-Əvivə səfər edəcəyi qeyd olunub. Onlar səfər çərçivəsində İsrail rəsmiləri ilə daimi atəşkəs və Qəzzanın yenidən qurulmasını ehtiva edən razılaşmanın ikinci mərhələsini müzakirə edəcəklər.
Roza
-
Magazin213:53
Keçmiş əri Lopeslə bağlı şok faktları açıqladı: Saysız-hesabsız xəyanətlər
-
Sosial13:10
Taksi sürücülərinə XƏBƏRDARLIQ: Bu tarixdə...
-
Region12:00
Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər - VİDEO
-
Rəsmi xronika11:50
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ11:08
Məxfi Xidmət “ov qülləsi” aşkar etdi: Trampın təyyarəsini izləyirmiş
-
Dünya10:18
Trampın Zelenskiyə təklifinin detalları açıqlandı: Ukrayna bu ərazilərdən imtina etməlidir
-
İdman10:00
Ronaldonun oğlunun saat kolleksiyası üzə çıxdı: Ən bahalı modelin qiyməti... - FOTOLAR
-
İdman09:24
Arda Ukrayna - Azərbaycan oyununda kimə azarkeşlik edib? - Mənim üçün çətindir...