Dünya
Yunanıstanda "Hisar-O" qorxusu: Türkiyə müharibəyə hazırlaşır

Türkiyənin Milli Müdafiə Nazirliyi son nailiyyətlərdən biri olan “Hisar-O” hava hücumundan müdafiə sisteminin sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb. Bu xəbər Yunanıstan mətbuatında təşviş doğurub.
Publika.az xəbər verir ki, Yunanıstanın aparıcı qəzetlərindən olan "Pentapostagma" bu barədə məqalə dərc edib.
Qəzetə görə, Türkiyənin hava hücumundan müdafiə layihələri təkcə texniki nailiyyət deyil, həm də milli suverenliyin konkret nümayişidir. Qəzet "Hisar" sistemlərini "Türkiyənin müdafiə anlayışının onurğa sütunu" adlandırıb. "Hisar-A", "Hisar-O" və "Siper" sistemlərinin meydana gətirdiyi inteqrasiyalı quruluş isə "Mis Qübbə" olaraq xarakterizə edilib.
"Bu, milli dayanıqlığın, texnoloji tərəqqinin və strateji uzaqgörənliyin simvoludur. Türkiyə müxtəlif diapazonlu və qabiliyyətli sistemləri vahid komandanlıq çərçivəsi daxilində birləşdirə bilən azsaylı ölkələrdən biridir. Bu sistemlər Türkiyənin müdafiə sənayesini qlobal miqyasda təsirli bir aktora çevirir. Bu, Türkiyənin xarici asılılığı azaltma siyasətinin ən bariz göstəricilərindən biridir", - məqalədə qeyd olunub.
"Hisar-O"nun sadəcə bir raket sistemi deyil, Türkiyənin mühəndislik potensialının da nümayişi olduğuna diqqət çəkilib: "Türkiyə artıq müdafiə sənayesində idxalçı deyil, istehsalçı və ixracatçıdır. Türkiyənin hava hücumundan müdafiə texnologiyalarında əldə etdiyi irəliləyişlər NATO daxilindəki tarazlığa belə təsir göstərir. Bu gün Ankara öz texnologiyasına güvənərək təkcə döyüş meydanında deyil, həm də diplomatik masa arxasında özünə inam nümayiş etdirir".
Qeyd edək ki, "Hisar" hərbi bazaları, limanları, obyektləri və bölmələri hava təhdidlərindən qorumaq üçün stasionar və fırlanan qanadlı təyyarələrə, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə edilən hava hücumundan müdafiə raket sistemidir.
Roza
-
Rəsmi xronika16:32
İlham Əliyev Qazaxıstana getdi
-
Sosial15:02
Aqil Ələsgərin həyat yoldaşı intihara cəhd etdi
-
Sosial14:45
Məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatdı
-
İdman14:07
Qadın futbolunun yeni ulduzu: Azarkeşlər indi də ona aşiq olub - FOTOLAR
-
Magazin213:53
Keçmiş əri Lopeslə bağlı şok faktları açıqladı: Saysız-hesabsız xəyanətlər
-
Sosial13:10
Taksi sürücülərinə XƏBƏRDARLIQ: Bu tarixdə...
-
Region12:00
Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər - VİDEO
-
Rəsmi xronika11:50
İlham Əliyev sərəncam imzaladı