Tərəflər arasında fikir ayrılığı: Tramp-Putin görüşü təxirə salınır?
Bizi izləyin

Dünya

Tərəflər arasında fikir ayrılığı: Tramp-Putin görüşü təxirə salınır?

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan görüşün təxirə salındığı iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə "CNN International"-a danışan mənbələr məlumat verib.

Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu həftə baş tutmalı olan görüş - iki liderin görüşünə hazırlıq məqsədi daşısa da, hələlik təxirə salınıb. İddiaya görə, tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsində fikir ayrılığı yaşayır.

Mənbənin sözlərinə görə, məhz bu fikir ayrılıqlarına görə Marko Rubio Putin-Tramp görüşünün gələn həftə keçirilməsini məqsədəuyğun saymır.

Qeyd edək ki, oktyabrın 16-da Vladimir Putin və Donald Tramp arasında növbəti telefon danışığı baş tutub. Həmin danışıq zamanı liderlər yaxın iki həftə ərzində Budapeştdə görüşmək barədə razılığa gəliblər. Macarıstanda səfərin təşkili ilə bağlı artıq hazırlıq komitəsi yaradılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm