Dünya
Tramp Si Cinpinlə görüşəcək: “Çox güclü razılaşma əldə edəcəyik”

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında məlumat verib.
O, həmçinin səfər çərçivəsində Çin sədri Si Cinpinlə görüşəcəyini bildirib.
Trampın sözlərinə görə, Çin ABŞ-a hörmətlə yanaşır və rüsumlar vasitəsilə yüksək məbləğdə ödənişlər edir: “Düşünürəm ki, Çinlə çox güclü bir ticarət müqaviləsi bağlayacağıq. Hər iki ölkə bu razılaşmadan məmnun qalacaq”.
Ağ Ev rəhbəri əlavə edib ki, əgər tərəflər arasında razılaşma əldə olunmasa, 1 noyabrdan etibarən Çindən idxal olunan mallara 100 faiz əlavə tariflər tətbiq ediləcək: “Onlar bizi nadir torpaq elementləri ilə, mən isə onları tariflərlə hədələdim. Amma mən onları təyyarələr və bir çox başqa şeylərlə də təzyiq altında saxlaya bilərəm. Çünki Çin öz təyyarələri üçün lazımi hissələri tapa bilmir”.
Roza
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO