Dünya
500 il sonra ilk yaşandı: Kral Papa ilə birgə dua etdi
İngiltərə kralı III Çarlz və xanımı kraliça Kamilla Vatikana səfərləri zamanı Papa XIV Leo tərəfindən Sikstin kapellasında təşkil edilən mərasimdə iştirak ediblər.
Publika.az xəbər verir ki, təxminən 500 ildən sonra ilk dəfə bir ingilis kralı və Papa birlikdə dua ediblər.
Latın ilahiləri və ingiliscə duaların oxunduğu mərasimi Papa Leo və Anqlikan arxiyepiskopu Stiven Kottrell idarə edib. Xidmətdə Sikstin kapellası xoru və iki kral xoru da olub.
Çarlz üçün bazilikada kral gerbi və üzərində "Ut Unum Sint" (Bir olsunlar) yazısı olan xüsusi oturacaq ayrılıb. Rəsmilər bu kreslonun əbədi olaraq kral və onun varisləri üçün bazilikada qalacağını bildiriblər.
Papa Leo kral üçün "Kral Qardaşlığının üzvü" titulunu təsdiqləyib, Bukingem Sarayı isə Papa Leonun Vindsor qalasındakı Müqəddəs Georgi Kapellasının "Papa Qardaşlığının üzvü" elan edildiyini bildirib.
İngiltərə 1534-cü ildə kral VIII Henrixin nikahının ləğvi tələbi rədd edildikdən sonra Katolik Kilsəsindən ayrılıb.
Tural
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO
-
Maraq dünyası10:18ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi? - Maraqlı FAKT
-
İdman10:12Ulduzların olduğu canlı verilişdə məşhur aparıcının paltarı cırıldı - VİDEO
-
Maraq dünyası09:48Oktyabrın sonu bu bürclər "çekpot" effekti yaşayacaq - Pul yağışı gəlir
-
Köşə09:12Camaat “Qarabağ”ı düz edir söyür


































