Pentaqon şefi Şimali Koreya ilə sərhədə getdi: Kim Çen In onu belə “salamladı”
Bizi izləyin

Dünya

Pentaqon şefi Şimali Koreya ilə sərhədə getdi: Kim Çen In onu belə “salamladı”

Şimali Koreya Pentaqon rəhbəri Pit Heqset iki ölkə arasında hərbisizləşdirilmiş zonaya getməzdən bir saat əvvəl Cənubi Koreyaya doğru raketlər atıb.

Publika.az xəbər verir ki, bu barədə “Younhap” məlumat yayıb.

Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, Şimali Koreya Sarı dənizin şimal hissəsinə doğru təxminən on raket atıb.

Bu zaman Heqsetin Cənubi Koreyanın müdafiə naziri An Qyu Bak ilə görüşmək üçün Birgə Təhlükəsizlik Bölgəsinin cənubunda yerləşən Camp Bonifasa səfəri gözlənilirdi.

Bundan əvvəl Şimali Koreya xarici işlər nazirinin müavini Pak Men Ho bəyan edib ki, Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini real olmayan arzu hesab edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm