Müharibə səsləri yüksəlir: Qətər əmirinə sürpriz təklif
Bizi izləyin

Dünya

Müharibə səsləri yüksəlir: Qətər əmirinə sürpriz təklif

Kolumbiya prezidenti Qustavo Petro Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Taniyə sürpriz təklif edib.

Publika.az xəbər verir ki, Petro bu barədə "X" hesabında paylaşım edib.

O, paylaşımında Dohada Əl-Tani ilə görüşünü xatırladıb. Bildirib ki, görüş zamanı Əl-Taniyə Karib dənizi bölgəsində davam edən hərbi gərginliyi azaltmaq üçün tərəflər arasında vasitəçi kimi çıxış etməyi təklif edib:

"Mən ona ABŞ prezidenti Donald Trampla münaqişəni aradan qaldırmaq üçün vasitəçi olmasını təklif etdim. Biz kokaini ələ keçirməkdə dünyanın ən uğurlu hökumətiyik".

Qeyd edək ki, Qətər Əmiri Əl-Tani 21 noyabr 2024-cü ildə Kolumbiyaya rəsmi səfər etmiş və Petro ilə görüşləri zamanı çoxsaylı ikitərəfli müqavilələr imzalamışdı.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm