Ronaldonun dünya çempionu olmaq arzusu yoxdur: Sizcə, ədalətlidir?
Bizi izləyin

İdman

Ronaldonun dünya çempionu olmaq arzusu yoxdur: Sizcə, ədalətlidir?

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, 40 yaşlı superulduz dünya çempionatında qalib gəlmək arzusunun olmadığını bildirib. Futbolçunun fikrincə, dünya kubokunu qazanmaması onun futbol tarixinin ən yaxşı oyunçularından biri kimi statusuna təsir etmir:

“Əgər məndən soruşsanız ki, dünya çempionatını qazanmaq mənim arzumdurmu, cavabım "xeyr" olar. Bu nəyi müəyyənləşdirir ki? Mənim tarixdəki ən yaxşı oyunçulardan biri olub-olmamağımı? Bunu bir turnirdə cəmi 6-7 oyun udmaqla müəyyənləşdirmək ədalətlidirmi, sizcə?”

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm