Kəşfiyyat məlumatları sızdı: Kim Çen In onunla görüşə hazırlaşır
Bizi izləyin

Dünya

Kəşfiyyat məlumatları sızdı: Kim Çen In onunla görüşə hazırlaşır

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında mümkün zirvə görüşünə hazırlıq gedir.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Cənubi Koreya parlamentinin deputatı Li Son Kvonun sözlərinə görə, Pxenyan amerikalı rəsmilər barədə kəşfiyyat məlumatı toplayır.

Bildirilib ki, Şimali Koreyanın xarici işlər naziri Ço Son Xvi Trampın Kimlə görüşmək istəyini bildirməsindən sonra Rusiyaya planlaşdırılan səfərin məqsədəuyğunluğunu yenidən dəyərləndirib.

Qeyd olunur ki, ötən ay iki lider arasında görüş baş tutsaydı, Ço Son Xvi də danışıqlarda iştirak etməli idi və bu, onun Rusiyaya səfərini təxirə salmasına səbəb olacaqdı.

Millət vəkili Park Sun Von NIS brifinqindən sonra jurnalistlərə bildirib ki, Pxenyan ABŞ-la münasibətləri bərpa etməyə çalışır: “Şimali Koreya, Rusiya ilə yaxın əlaqələr və Çinlə münasibətlərin güclənməsi fonunda ABŞ-la dialoqa can atır”.

Onun sözlərinə görə, NIS Kim-Tramp sammitinin baş tutma ehtimalını yüksək qiymətləndirir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm