Dünya
Pakistan Əfqanıstan ərazisinə zərbələr endirdi
Pakistan cümə axşamı iki ölkə arasında Türkiyədə sülh danışıqları aparılarkən Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə AFP əfqan hərbi mənbəyə və şahidlərə istinadla məlumat yayıb.
“Pakistan yüngül və ağır silahlardan istifadə edib, mülki əraziləri hədəfə alıb”, - adının açıqlanmasını istəməyən əfqan hərbi mənbə deyib.
Hadisə şahidlərinin sözlərinə görə, atəş 10-15 dəqiqə davam edib.
İnsidentə baxmayaraq, Əfqanıstan tərəfi İstanbulda davam edən dialoqa hörmətlə yanaşaraq, cavab tədbiri görməyib.
Oktyabrın 9-dan başlayaraq altı gün ərzində Əfqanıstan və Pakistan bir-birini bombalayıb, nəzarət-buraxılış məntəqələrini ələ keçirib və 48 saatlıq atəşkəs və münaqişəni dialoq yolu ilə həll edənə qədər “qələbələr” elan ediblər. Münaqişə terrorçulara sığınacaq verməkdə qarşılıqlı ittihamlar fonunda böyüyüb.
Oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı vəziyyəti şərh edib. O qeyd edib ki, o, “sülh qurmaqda yaxşı”dır və Pakistan və Əfqanıstan arasında toqquşmalar barədə eşidib, lakin hazırda başqa münaqişənin həlli ilə məşğuldur.
Hüseyn İbadlı
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO













.jpg)
















