Kredit götürdüyü pulu oğurladılar
Bizi izləyin

Hadisə

Kredit götürdüyü pulu oğurladılar

Kredit götürdüyü pulu oğurladılar

Bakının Binəqədi rayonunda kredit götürən şəxsin pulu oğurlanıb.

Bu barədəb Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, vətəndaş polisə şikayət edərək avtomobil almaq üçün bankların birindən 4000 manat məbləğində götürdüyü krediti evinə gətirdiyini, mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.

Binəqədi rayonu ərazisində keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm