Nida Xəbər
Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu
Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.
Görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi, və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar verilib.
Tərəflər, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə ediblər.
Görüşdə, bununla yanaşı hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin NSPA və OLSP kimi mexanizmlər vasitəsilə mövcud olan beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 09:44Prezidentin köməkçisi vyetnamlı müğəninin ifasını təriflədi
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto








.jpg)






.jpg)

















.png)

