Dünya
Şok iddia: Tramp Türkiyənin layihəsini kopyaladı
ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təqdim etdiyi sülh planının bir çox cəhətdən Türkiyənin 2022-ci ildə hazırladığı layihəyə bənzədiyi iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” qəzeti məlumat yayıb.
İddiaya görə, Trampın komandası həmin vaxt Rusiyanın Türkiyə vasitəsilə irəli sürdüyü şərtləri “model” kimi götürüb.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bildirir ki, hazırlanan 28 maddəlik plan 2022-ci ildə Rusiyanın İstanbul danışıqlarında tələb etdiyi şərtlərlə demək olar ki, eynidir.
Lakin institut qeyd edir ki, o vaxtdan döyüş vəziyyəti dəyişib və Rusiya indi kiçik irəliləyişlər üçün belə ağır əməliyyatlar aparmağa məcburdur.
"ISW" hesab edir ki, Trampın planı Ukraynanın Donetskdə kritik ərazilərdən geri çəkilməsini, cənub cəbhəsinin dondurulmasını və Rusiyaya kompensasiyasız strateji üstünlüklər verilməsini nəzərdə tutur. Kiyev isə bu planı Ukraynanı Rusiya işğalını qəbul etməyə məcbur edilməsi kimi qiymətləndirir.
Roza
-
Hadisə13:57Polkovnik Yaqub Əhədovu maşın vurub öldürdü
-
Hadisə13:35Bakıda restoranda faciə: 4 nəfər öldü
-
Sosial12:56Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ilk oxunuşda qəbul edildi
-
İdman12:15AFFA prezidenti qərar verdi: Milli komanda ona tapşırılır
-
Rəsmi xronika12:08İlham Əliyev sərəncam imzaladı
-
İdman11:33Ronaldonu Ağ Evlə birləşdirən sirr: Atası ona bu adı kimin şərəfinə verib?
-
Dünya10:49Müəllim bu zarafata görə işdən qovuldu və... - FOTO
-
Dünya10:36Ən azı 24 uşaq ölüb: Bu öskürək siropundan



































