Bu ölkədə yaşamaq istəyənlərə bəd xəbər: Ödəniş 10 dəfə artırılır
Bizi izləyin

Dünya

Bu ölkədə yaşamaq istəyənlərə bəd xəbər: Ödəniş 10 dəfə artırılır

Yaponiya hökuməti əcnəbilər üçün daimi yaşayış icazələrinin alınması xərclərini kəskin şəkildə artırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Yomiuri Shimbun" qəzeti məlumat yayıb.

Bildirilir ki, rüsum 2026-cı ilin aprelindən başlayaraq indiki 10.000 yendən (təxminən 107 manat) ən azı 100.000 yenə (təxminən 1080 manat) yüksələ bilər. Eyni zamanda, müvəqqəti yaşayış icazəsinin bir il və ya daha çox müddətə uzadılması xərcləri 5 dəfə - 6000-dən (təxminən 65 manat) ən azı 30.000 yenə (təxminən 321 manat) qədər artacaq.

Nəşrin məlumatına görə, hakimiyyət 44 il ərzində bu cür rüsumların maksimum məbləğini 10 min yenlə məhdudlaşdıran mövcud immiqrasiya qanununa yenidən baxmaq niyyətindədir. Qanun layihəsi gələn il parlamentə təqdim olunacaq.

Məlumata görə, hökumət immiqrasiya prosedurlarının sürətləndirilməsinə, yapon dili proqramlarının hazırlanmasına və qeyri-qanuni immiqrasiyaya qarşı tədbirlərin gücləndirilməsinə əlavə vəsait ayırmağı gözləyir. Bu təşəbbüs həm də immiqrasiya siyasətinin tam yenidən qurulması ilə müşayiət olunur ki, bu da uzunmüddətli əcnəbilər üçün daha sərt giriş qaydalarına gətirib çıxara bilər.

Xatırladaq ki, Yaponiya artıq bu ilin aprelində yaşayış icazəsi haqqını 2000 yen qaldırmışdı.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm