"Qarabağ"ın rəqibi ulduzuna qiymət qoydu: İngiltərə nəhəngi "elçi düşüb"
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibi ulduzuna qiymət qoydu: İngiltərə nəhəngi "elçi düşüb"

"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominay əvvəl çıxış etdiyi İngiltərə Premyer Liqasına qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

Şotlandiyalı futbolçunun transferinə "Arsenal" maraq göstərir. Neapol klubu onu komandanın ən vacib və ulduz oyunçularından biri hesab etdiyi üçün 80 milyon avrodan aşağı satmağı planlaşdırmır. "Transfermarkt" isə Skottu 50 milyon avro olaraq qiymətləndirir.

2025/2026 mövsümündə Maktominay 14 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ilə "Napoli" arasında qüvvədə olan müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, İtaliya çempionu "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar noyabrın 26-da Neapolda üz-üzə gələcəklər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm