Dünya
Ərdoğandan sülh açıqlaması: Bu planla mümkündür
"Biz inanırıq ki, razılaşdırılmış məsələlər və müsbət gündəm üzrə başlanan danışıqlar yolu ilə Ukrayna və Rusiya arasında barışıq mümkündür".
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Zirvəsi üçün səfərdə olduğu Cənubi Afrikadan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
O, ABŞ prezidenti Donald Trampın 28 maddəlik planı məsələsinə toxunub:
"Ukraynada sülh üçün təməl yaratmaq uzun müddətdir səy göstərdiyimiz bir şeydir. Ədalətli sülhün yolu danışıqlar və bir araya gəlməkdən keçir. Hazırda təklif olunan sülh planının təməl kimi xidmət edib-etməyəcəyi ilə bağlı müzakirələr aparılır. Tərəflərin qanuni gözləntiləri və təhlükəsizlik ehtiyacları qeyri-sabitlik yaratmayacaq şəkildə qarşılandığı təqdirdə Trampın planı ilə bağlı razılaşma mümkün olacaq. Əgər təməl hər kəsi qane edərsə, davamlı həll yoluna qapı açılacaq".
Ərdoğan Türkiyənin sözügedən məsələ ilə bağlı konstruktiv mövqeyi qorumağa hazır olduğunu qeyd edib.
Roza
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı


































