Dünya
Suriyada tarixi qərar: Artıq onlara da vətəndaşlıq verilir
Suriyada onilliklərdir davam edən problemə son qoyulur. Ölkə tarixində ilk dəfə olaraq kürdlərin rəsmi şəkildə Suriya vətəndaşlığı alması üçün müraciət prosesinə start verilir.
Publika.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayıb.
Məlumata görə, aprelin 6-dan etibarən kürd mənşəli şəxslər vətəndaşlıq üçün sənədlərini təqdim edə biləcəklər.
Daxili işlər nazirinin müavini Ziad əl-Ayeş bildirib ki, prosesi sürətləndirmək və yükü azaltmaq üçün Dəməşq, Hələb, Hasekə, Rakka və Deyr-əz-Zor kimi strateji bölgələrdə xüsusi komitələr və qəbul mərkəzləri fəaliyyətə başlayıb.
Qeyd edək ki, bu tarixi addım prezident Əhməd əş-Şaraanın fərmanı ilə reallaşır. Qərar kürdlərin mülki və hərbi qurumlarının Suriya dövlət sisteminə tam inteqrasiyası planının tərkib hissəsidir.
Müəllif: Adəm
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq




































