Xəbərdarlıq edirik... - Ərdoğandan Qara dənizdə tankerlərə edilən hücuma REAKSİYA
Bizi izləyin

Dünya

Xəbərdarlıq edirik... - Ərdoğandan Qara dənizdə tankerlərə edilən hücuma REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə "Kairos" və "Virat" tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O, Rusiya və Ukrayna arasında müharibənin Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatdığını söyləyib.

"Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. Biz öz zonamızda naviqasiyanın təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Biz də müharibənin dayandırılmasına yönəlmiş son hadisələri diqqətlə izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu ifadə etmişik", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, adı çəkilən tankerlər noyabrın 29-da Qara dənizdə zədə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm