Region
Gürcüstan DTX "BBC" ilə bağlı araşdırmaya başladı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "BBC" telekanalının yaydığı məlumatlarla bağlı araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin yaydığı məlumata görə, araşdırmanın məqsədi BBC-nin istifadə etdiyi müsahibələrin hansı məlumatlara əsaslandığını, şəxslərin hansı faktlara istinad etdiyini , bu məlumatların aktuallığını və etibarlılıq dərəcəsini ətraflı şəkildə müəyyən etməkdir.
Məlumatda deyilir ki, yayımlanmış materialda vətəndaşların həyatı və sağlamlığına qarşı yönəlmiş, onların və cəmiyyətin qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan cinayət əlamətlərinin olduğu faktı artıq müəyyən edilib. Eyni zamanda, Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vuran və dövlət maraqlarına zərər vurmağa yönəlmiş cinayət əlamətlərinin olduğu aşkar edilib.
Qeyd edək ki, "BBC"nin süjetində ötən il Tbilisidə keçirilmiş aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib.
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər


































