İdman
Vinisiusun "Real Madrid"dəki taleyi bəlli oldu
Madridin "Real" klubu və onun braziliyalı hücumçusu Vinisius Junior qüvvədə olan müqavilənin uzadılmasına bir addım daha yaxınlaşıb.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub avqustun 5-də futbolçu ilə həlledici danışıqlar aparıb və tərəflər arasında mövcud olan fikir ayrılıqlarını demək olar ki, tam aradan qaldırıb. Mənbənin məlumatına görə, tərəflər uzunmüddətli müqavilə imzalayacaqlar.
Bundan əvvəl "Real"ın nümayəndəsi futbolçunun agenti ilə görüşərək mövsümə görə 22 milyon avro məbləğində əməkhaqqını nəzərdə tutan əmək müqaviləsi təklif edib. Lakin bu təklif futbolçunun tərəfini qane etməyib, çünki Vinisius mövsümə görə 30 milyon avro qazanmaq istəyir. Daha sonra Londonun "Arsenal" klubu futbolçunun transferi üçün 105 milyon funt sterlinqdən çox (təxminən 123 milyon avro) təklif etməyə hazır olub. Bununla belə, "Real" futbolçunun satışından təxminən 137 milyon funt sterlinq (təxminən 160 milyon avro) gəlir əldə etməyi planlaşdırırdı.
26 yaşlı Vinisiusun "Real"la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun bazar dəyərini 140 milyon avro qiymətləndirir.
Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. O, Madrid təmsilçisinin heyətində ümumilikdə 375 oyunda meydana çıxıb, 128 qol vurub və 100 məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video












.jpg)







.jpg)













