Nida Xəbər
Qalyandan Hikmət Hacıyevin çağırışına cavab gəldi: Xalq qərar verəcək
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərlə söhbətində konstitusiya islahatları prosesinə toxunaraq qeyd edib ki, yeni Konstitusiyaya sahib olmaq məsələsi Ermənistanda uzun müddətdir müzakirə olunur.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik edilməsi Ermənistanın daxili məsələsidir və son qərarı xalq verməlidir.
"Yeni Konstitusiyamızın olub-olmayacağına xalq qərar verəcək. Yeni Konstitusiya layihəsinin hazırlanması üzərində işlərin aparıldığı heç kimə sirr deyil", - deyə nazir qeyd edib.
Qalyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin referendumun keçirilməsi və Konstitusiyaya dəyişikliklərlə bağlı açıqlamalarına toxunaraq qeyd edib ki, o, bu barədə şərh verə bilməz.
Eyni zamanda, o, konstitusiya dəyişiklikləri layihəsinin hazırlandığını və onun sonrakı gedişatının planlaşdırılan proseslərdən asılı olacağını vurğulayıb.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
