Dünyanın ən dadsız yeməkləri açıqlandı - SİYAHI
Bizi izləyin

Dünya

Dünyanın ən dadsız yeməkləri açıqlandı - SİYAHI

Məşhur qastronomiya platforması "TasteAtlas" dünyanın ən az bəyənilən yeməklərinin yeni siyahısını yayımlayıb.

Publika.az xəbər verir ki, reytinq istifadəçi rəylərinə əsasən tərtib olunub.

Siyahıda bu yeməklər yer alıb:

1-ci yer: İslandiyaya məxsus “Svid” (bişmiş qoyun başı).

2-ci yer: yenə island mətbəxinə aid “Thorramatur” (Müxtəlif milli delikateslərdən ibarət set: fermentləşdirilmiş köpəkbalığı əti, hisə verilmiş qoyun əti, qoyunun başı, qanlı kolbasa və qurudulmuş balıq, ət məhsulları çovdar çörəyi və yağ ilə verilir).

3-cü yer: İspaniyanın “Truchas a la Navarra” adlı balıq yeməyi.

4-cü yer: “Bloodpalt” adlı qanlı küftə (Çovdar və ya arpa unundan, heyvan qanından hazırlanır, bəzən içi qızardılmış donuz əti və soğanla doldurulur). Bu yemək əsasən İsveç və Finlandiyada məşhurdur.

5-ci yer: yəhudi icmalarında hazırlanan “Yerushalmi kugel” adlı şirniyyat (Makaron və karamelizə şəkərin şirinliyi ilə qara istiotun acılığı bir araya gətirilir, ənənəvi olaraq Şabbatda sinaqoqdan sonra süfrəyə verilir).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm